“17 il oxuyub 1000 manat maaşla harasa işə düzəlmək məntiqsizdir” - Nura

“17 il oxuyub 1000 manat maaşla harasa işə düzəlmək məntiqsizdir” - Nura

"Gənc nəslin yaşlı nəslə hörmətsizliyi qəbulolunmazdır. Ölkəmizdə özəl məktəblər çoxdur və təhsil xarici dildədir. Övladlarımın üçü də təhsili ingilis dilində alıblar. Əlavə məktəbdə Azərbaycan, rus və başqa (fransız, alman, ispan) dillərlə bağlı fənlər də keçiblər. Sonra da xaricdə təhsillərini davam etdiriblər".

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

 

O, xarici ölkələrdə təhsil alıb orada işləyənlərdən danışıb və Azərbaycanda maaşın az olmasından gileylənib:

 

"Övladlarımın hər üçü Azərbaycan dilində danışır, amma yazıda çox səhvləri var. Qınaya da bilmirəm, çünki məktəbdə bütün fənləri ingilis dilində keçiblər. O dildə düşünürlər. İki oğlum xaricdə yaşayır. Sabah qayıdıb gəlsələr, hansısa dövlət işində işləmək istəsələr, necə olacaq, bilmirəm.

 

Uşaqlarıma yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm (bu ayrı mövzudur). Yaxşı məktəb və xaricdə yaxşı universitetlər çox bahadır. Mənim kimi çox valideyn övladını özəl məktəblərdə oxutdurur. Azərbaycanda da yalnız ADA Universitetinə ingilis dilində imtahan verib qəbul olmaq mümkündür. Fakültə seçimi də azdır.

 

Bu qədər vəsait sərf edib, 1000 manat maaşa harasa işə düzəlmək (o da tanışsız mümkün deyil) məntiqsizdir. Ömürünün 16-17 ilini təhsilə sərf edən insan, külli miqdarda pul xərcləyən valideyn əziyyətinin bəhrəsini görməyəcəksə, təbii ki ölkəmizdən kənarda işləyib yaşamağa üstünlük veriləcək. Yəni bu qədər vacib məsələlər qalıb bir kənarda, rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?"


OXŞAR XƏBƏRLƏR

Qışqıran mumiya - Misir tarixindəki ən böyük anomaliyalardan biri

Qədim Misir dəfn yerləri haqqında düşünəndə ağlımıza əzəmət və dəbdəbə gəlir: fironlar və zadəganların mumiyalanmış qalıqları ilə bəzədilmiş sarkofaqlar. Bununl...

Qoruqdan qaçan 200 keçi şəhəri iflic edib - VİDEO

Amerikanın Arlinqton şəhərində (Texas) qeyri-adi hadisə baş verib. 200-ə yaxın keçi Kristal Kanyon Təbiət Qoruğundakı mühafizədən qaçaraq kəndin küçələri ilə gə...

İsrail müvəqqəti atəşkəslə razılaşdı

İsrail Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. ...

Hacıqabul gölü ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hökumətə təqdim edilib”.   Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya k...

“Eurovision”da siyasət izi - İslandiya Fələstinli ilə təmsil oluna bilər

Fələstinli pop müğənni Bəşər Murad may ayında keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İslandiyanı təmsil edə bilər. Sfera.az bildirir ki, ...

BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - VİDEO

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qohumu im...