Telliyə küçədə hücum edib, görün ona nələr etdilər

Telliyə küçədə hücum edib, görün ona nələr etdilər
Aşıq Telli Borçalı oğruların hücumuna məruz qalıb. 

Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. 

Aşıq deyib ki, oğru küçədə ona hücum edərək, boyunbağısını sındırmaq istəyib:

"Bir boyunbağım var idi, qalınıydı. Yolla gedirdim, arxadan biri gəldi, boynuma əl atdı. Boyunbağı qalın idi deyə, sınmadı. Amma boynum ağrıdı. Əlimdə çantam var idi, onunla vurmağa başladım. Qışqırdım ki, neyləyirsən? Oğru qorxub qaçdı. Həmin hadisədən sonra məndə qorxu qalıb".

OXŞAR XƏBƏRLƏR