Lənkəranda məscidə hücum - Polis, yoxsa ruhi xəstə? - FOTO

Lənkəranda məscidə hücum - Polis, yoxsa ruhi xəstə? -  FOTO

Dünən axşam saatlarında Lənkəranda ruhi xəstə olan 39 yaşlı şəxs məscidə hücum edib.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Bala Şürük kəndində baş verib. Axşam namazına toplaşan kənd sakinləri namaz qıldıqdan sonra məsciddən ayrılarkən kənd sakini Tohid Əsgərov əlindəki taxta parçası ilə məscidin şüşəsini sındırıb, məscidin içərisində olan əşyaları dağıdıb. Kənd sakinləri T.Əsgərovu güclə sakitləşdirə bilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, T.Əsgərov da məscidə ibadət etməyə gələnlərdənmiş.

Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarov musavat.com-a açıqlamasında hadisəni törədən şəxsin ruhi xəstə olduğunu bildirib:

“Həmin şəxs axşam namazından sonra məscidi dağıdıb. Kənd sakinləri onu sakitləşdirib. Atası Əsgər Əsgərova da məlumat verilib. Tohid ruhi xəstədir. Kənd nümayəndəliyi hadisə ilə bağlı sahə müvəkkilini məlumatlandırıb. Əlimizdən gələn köməyi etməyə çalışacağıq”.

T.Zülfüqarov ruhi xəstə olan şəxsin bu cür addım atmasının səbəbini belə izah edib:

“Axşam camaat məsciddən çıxarkən Tohid əsəbiləşib. O, insanların onu qoyub getməsinə görə bu vəziyyətə düşüb. Sonra, əlindəki taxta parçası ilə şüşələri sındırıb, məscidin içini dağıdıb. Xalçaları aparmaq istəyirmiş. Camaat güclə sakitləşdirib”.

Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri məsciddə polis tərəfindən axtarış aparıldığı və bu zaman məscidin dağıdıldığı haqda məlumatlar paylaşılıb.


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...