Rusiya milyonlarla ton Ukrayna taxılını oğurlayıb – ABŞ kəşfiyyatı

Rusiya milyonlarla ton Ukrayna taxılını oğurlayıb – ABŞ kəşfiyyatı

Rusiya 2022-ci ildə yığılan təxminən altı milyon ton Ukrayna taxılını oğurlayıb.

 

Sfera.az xəbər verir ki, ABŞ kəşfiyyatı bu məlumatları peyk şəkillərinə və açıq mənbələrdən gələn mesajlara əsaslanaraq yayıb.

 

Materiala görə, 2022-ci ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərdən oğurlanmış taxıl yük gəmiləri vasitəsilə Suriya, İsrail, İran, Gürcüstan və Livan limanlarına göndərilib. Taxılın daşınması üçün Rusiya Türkiyə sahillərindən istifadə edib.

 

ABŞ kəşfiyyatının hesablamalarına əsasən 2022-ci ilin birinci yarısında Rusiya 100 milyon dollar dəyərində 500 min tona qədər Ukrayna buğdasını oğurlayıb. Bu yüklərin böyük hissəsi yük maşınları ilə işğal olunmuş Krımdakı limanlara çatdırılıb, oradan isə gəmilərlə daşınıb.

 

2022-ci ilin ikinci yarısında taxıl oğurluğu artıb. Oğurlanan taxılın bazar dəyəri 600 milyon dollar təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...