“Fransa bu təxribatçı fəaliyyətinə digər ölkələri də qoşmağa çalışacaq” - Deputat

“Fransa bu təxribatçı fəaliyyətinə digər ölkələri də qoşmağa çalışacaq” - Deputat

Xəbər verdiyimiz kimi, bu gün Fransa Paris merinin müşayiətilə ərzaqla dolu 10 TIR-ı Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə yola salıb. Maraqlıdır ki, Laçın dəhlizinə yol almış “sülh” missiyalı karvan Ağdam-Xankəndi yolundan istifadə etmək niyyətində deyil.

 

Maraqlıdır, Fransa bu addımı atmaqla nəyə nail olmağa çalışır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Cavid  Osmanov Fransanın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyini deyib. Parlamentari Fransanın Təhlükəsizlik Şurasının toplanması üçün hərəkətə keçdiyini də sözlərinə əlavə edib:

 

“Fransa açıq formada ermənipərəst mövqedən çıxış edərək hər zaman Azərbaycana qarşı qərəz nümayiş etdirir. 44 günlük Vətən müharibəsindən əvvəl və elə həmin dönəmdə də Azərbaycana təzyiq göstərib, haqlı yolundan döndərməyə çalışıb. Amma Prezident İlham Əliyev bu təzyiqlərə qətiyyətlə cavab verdi. Vətən müharibəsi bitəndən sonra Fransa Senatının həm yuxarı, həm də aşağı palatasının Azərbaycana qarşı qərəzli qətnamələr çıxarması və çirkin kampaniya aparması göz önündədir. Ümumilikdə Fransa hakimiyyəti Ermənistana dəstək üçün hər fürsətdə Azərbaycana təzyiq göstərməyə çalışır.

 

BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı son müzakirələrində də müşahidə etdik ki, Fransa açıq şəkildə Ermənistana dəstək nümayiş etdirdi. İndi isə Fransa Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirə aparılmasını təşkil etmək istəyir. Bir neçə gün öncə Emmanuel Makronun ölkəmizə qarşı qərəzli çıxışı bunu bir daha göstərir”.

 

Millət vəkili Fransanın “humanitar yardım” təşəbbüsünə başqa ölkələrin də qatıla biləcəyini qeyd edib:

 

“Fransanın Ermənistana humanitar yardım planı sadəcə təxribatdır. Fransa humanitar addım atmaq qabiliyyətində olan ölkə deyil. Bu ölkənin Əlcəzairdə və digər yerlərdə apardığı kolonial siyasət, törətdiyi qanlı qətliamlar, açıq şəkildə separatçılara dəstək göstərməsi bunun bariz nümunəsidir. Fransa humanitar yardım adı ilə Azərbaycana qarşı təxribat törətməyə çalışacaq. Onlar çalışacaq ki, bir neçə ölkəni də bu məsələyə cəlb etsin. Lakin bu plan iflasa uğrayacaq, çünki Azərbaycan qətiyyətli mövqeyini davam etdirəcək. Fransa və onun kimi ölkələr yaxşı bilməlidirlər ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil, Azərbaycan güclü dövlət, haqlı tərəfdir. Haqlı mövqeyimizi isə sonadək davam etdirəcəyik”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...

Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.   Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələ...