“Priqojin sağdır, yaxın günlərdə...” – Rusiyalı politoloqdan "Putin işin əslini bilir" AÇIQLAMASI

“Priqojin sağdır, yaxın günlərdə...” – Rusiyalı politoloqdan

“”Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin sağdır”.

 

Sfera.az bildirir ki, bu iddia ilə rusiyalı politoloq Valeri Solovey çıxış edib. Onun fikrincə, Priqojin Rusiya Təhlükəsizlik Şurasının planlaşdırdığı sui-qəsddən sağ çıxa bilib və indi qisas almağı planlaşdırır.

 

 

Solovey qəza yerində Priqojinin DNT nümunələrini tapan Rusiya səlahiyyətlilərini yalan danışmaqda günahlandırıb. O iddia edib ki, təyyarəyə Priqojinin kaskadyoru minib və buna görə sui-qəsd cəhdi baş tutmayıb. Rusiyalı analitik Priqojinin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu və göstərişi Putinin verdiyini irəli sürüb:

 

“Priqojin indi sağdır və azaddır. Putin bunu yaxşı bilir. Əgər Rusiya hakimiyyətinin bəyanatlarına inanırsınızsa, sizə nə deyə bilərəm?”.

 

Soloyev həmçinin, “Vaqner” liderinin 2 milyard dollarlıq fondunun olduğunu və bunun qisas almağa kifayət etdiyini deyib. Priqojinin gizləndiyi ölkəni yaxın günlərdə açıqlayacağını bildirən analitik onun Afrikada olmadığını da əlavə edib.

 

Bu açıqlamalar fonunda isə Priqojinin kaskadyoruna aid olduğu iddia edilən pasportlar Rusiyanın xəbər saytlarında və “Telegram” kanallarında dərc olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...

Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.   Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələ...