“Paşinyanın həyatı da, hakimiyyəti də təhlükə altındadır” - ŞƏRH

“Paşinyanın həyatı da, hakimiyyəti də təhlükə altındadır” - ŞƏRH

“Ermənistan Baş naziri Nikol Paşinyan ikili oynayır. O sülhdən danışsa da, həm də vaxtı uzatmağa çalışır”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov son zamanlar Ermənistan hərbi təxribatlarının intensivləşməsinə münasibət bildirərkən deyib. Ekspert Nikola hərtərəfli təzyiqin göstərildiyini iddia edir:

 

“Baş nazirin nəinki hakimiyyəti, həyatı da təhlükə altındadır. Bunun əsas səbəbkarı isə Paşinyan özüdür. Onun “sürüşkən” xarici siyasəti, gah nala, gah mıxa vurması çətinlik yaradır. Nikolun üzləşdiyi siyasi təhdidlər, onun üçün yaranan risklər bizim üçün əhəmiyyətli deyil. Azərbaycanın prioriteti suveren ərazilərində təhlükəsizliyi təmin etmək, yekun sülh sazişinə nail olmaqdır. Davamlı sabotajlar isə buna mane olur”.

 

K.Novruzov rəsmi Bakının çox gözləməyəcəyini bildirib: “Davam edən təxribatlar Azərbaycanın maraqlarına zidddir. Oxşar addımlar səngiməsə, Azərbaycanın növbəti hərbi əməliyyatlara başlaması və düşmənə tutarlı zərbələr endirməsi qaçılmaz olacaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...