Elton Con villasında yıxıldı: xəstəxanaya çatdırıldı

Elton Con villasında yıxıldı: xəstəxanaya çatdırıldı

Britaniyalı 76 yaşlı müğənni və bəstəkar Elton Con Fransadakı villasında yıxılaraq xəstəxananın ortopediya şöbəsinə yerləşdirilib.
 

Sfera.az bildirir ki, hərtərəfli müayinədən keçdikdən və lazımi köməklik göstərildikdən sonra musiqiçi evə buraxılıb. Elton Con əri, rejissor Devid Furniş və iki oğlu ilə birlikdə malikanəyə qayıdıb.
 

“Elton Fransanın cənubundakı evində sürüşərək yıxılıb. Ehtiyat tədbiri olaraq o, yerli xəstəxanaya baş çəkib. Müayinədən sonra dərhal evə buraxılıb və hazırda vəziyyəti qənaətbəxşdir"- deyə Eltonun mətbuat nümayəndələri bildiriblər.
 

Xatırladaq ki, Britaniya musiqisinin əfsanəsi iyul ayında beş illik "Fewell Yellow Brick Road" vida turunu başa vurub. Üç həftə əvvəl Eltonu Fransada cinsi təcavüz ittihamlarından yenicə qurtulmuş aktyor Kevin Spacey ilə birlikdə görülüb.
 

Devid Furniş və cütlüyün oğulları 12 yaşlı Zakari və 10 yaşlı İlyas onlarla şam yeməyi ediblər.
 

Qeyd edək ki, müğənnilik karyerası boyunca Elton Con 5 Qremmi mükafatı alıb. O, 50 ildən artıq səhnədə dünya üzrə 4600-ə yaxın konsert verib. Eltonun vida turu isə bütün zamanların ən çox gəlir gətirən turlarından biri olub, bilet satışı 900 milyon dollara çatıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...