Rumıniyada avtobus qəzaya düşdü - Zərərçəkənlər arasında uşaqlar da var - FOTO

Avqustun 28-də Rumıniyanın Konstansa vilayətində yerləşən Navodari şəhərində Ukrayna vətəndaşlarının olduğu avtobus irimiqyaslı qəzaya uğrayıb.
Sfera.az bildirir ki, jurnalistlərin sözlərinə görə, sürücü GPS səbəbindən çaşıb, maşını yanlış istiqamətə sürüb və körpünün altında hərəkət edərkən hündürlüyü məhdudlaşdırıcıya çırpılıb.
Avtobusda Konstansadan Odessaya gedən 45 ukraynalı sərnişin olub.
Zərərçəkənlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dialoq aparmağa kömək edən tərcüməçi qadın jurnalistlərə bildirib ki, sürücü GPS səbəbindən çaşıb, maneəni vaxtında görməyib.
Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürən maşın və evakuator gəlib.
Hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında iki azyaşlının olduğu da məlum olub. Sağ qalan sərnişinlər Ukraynaya səfərlərini davam etdiriblər.
Aysel
Sfera.az