“Muğanbank”ın problemli kreditləri 16 milyon manatdan çox artıb

“Muğanbank”ın problemli kreditləri 16 milyon manatdan çox artıb

“Muğanbank”ın problemli kreditləri 2023-cü ilin ilk yarısında 57,1 milyon manata çatıb. 

 

“Yeni Sabah”ın araşdırmasına görə, bu, ilin əvvəli ilə müqayisədə 39% və 16,03  milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 41,2  milyon manat təşkil etmişdi. Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 9,1%-dən 12,6%-ə kimi artıb. 

 

Problemli kreditlərin 41,2 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 27,2 milyon manat), 15,8 milyon manatı istehlak kreditlərinin (ilin əvvəlində 13,7 milyon manat) və 122,3 min manatı (ilin əvvəlində 101,8 min manat) isə daşınmaz əmlak kreditlərinin payına düşüb. 

 

Hesabat dövründə bankın ümidsiz kreditləri, yəni 1 ildən artıq müddətdə gecikdirilən kreditləri 36,1 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 12,8% və ya 4,1 milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bu rəqəm 32 milyon manata bərabər olub. Ümidsiz kreditlərin ümumi portfeldə çəkisi isə ilin əvvəlindəki 7,1%-dən iyulun 1-nə 7,9%-ə qədər yüksəlib. 


OXŞAR XƏBƏRLƏR