Dolları bahalaşdıran SƏBƏB

Dolları bahalaşdıran SƏBƏB

ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə ixracat və ehtiyatların dəstəyilə inkişaf edib.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı rəqəmlərdə ölkənin iqtisadiyyatının ikinci rübdə 1.4% böyüdüyü qeyd olunur. Üçüncü rübdə isə bu rəqəm 2.9% olub. Bu, da proqnozlardan yüksəkdir.

Qeyd edək ki, Bloomberg-in sorğusunda iştirak edən ekspertlərin gözləntiləri təxminən 2.6% ətrafında idi. ABŞ iqtisadiyyatının ən böyük hissəsini təşkil edən istehlakçı xərcləri isə 2.1% ilə gözləntilərdən aşağı artıb.

Bu məlumatdan sonra FED-in dekabr ayında faizləri artıracağı ehtimalını daha da artır. Dollar isə günbəgün bahalaşmaqdadır.


OXŞAR XƏBƏRLƏR