Medvedevdən türklərlə bağlı önəmli qərar
Rusiya Baş naziri Dmitri Medvedev Türkiyə vətəndaşlarının rus şirkətlərində işə götürülməsi
ilə bağlı qərar qəbul edib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı
Medvedev jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, müvafiq siyahı
artıq təsdiqlənib: "Qərar layihəsi dekabrın 11-də Rusiya əmək naziri Aleksey Vovçenkin
tərəfindən təqdim edilib.
Mən müvafiq qadağaların şamil olmayacağı şirkətlərin siyahısını təsdiqlədim.
Siyahıdan kənar heç bir şirkət Türkiyə vətəndaşlarını işə götürə bilməyəcək.
Qərarda yerli hakimiyyət orqanlarının tələb və təklifləri nəzərə alınıb. Qərar 2016-cı
ilin yanvarın 1-dən qüvvəyə minəcək". Qeyd edək ki, Rusiya prezidenti Vladimir
Putin noyabrın 28-də Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.