Oğlunun göldə boğulduğunu zənn edən ata gördüyü mənzərə qarşısında ŞOK KEÇİRDİ - VİDEO

Oğlunun göldə boğulduğunu zənn edən ata gördüyü mənzərə qarşısında ŞOK KEÇİRDİ - VİDEO

Türkiyənin Sparta şəhərində hər kəsi kövrəldən hadisə yaşanıb.

 

Sfera.az xəbər verir ki, bu gün saat 15-00 radələrində Yusuf Yiğit adlı azyaşlı atası Murat Özen ilə birlikdə Eğirdir gölünə üzməyə gəlib.

 

O, bir müddət göldə üzdükdən sonra gözdən itib.

 

Uşağının göldə olmadığını görən ata 112 xilasetmə mərkəzinin qaynar xəttinə zəng edib. Hadisə yerinə polis əməkdaşları və axtarış-xilasetmə qrupları çağırılıb.

 

Daha sonra 14 yaşlı Yusufun axtarışına başlanılıb.

 

Xilasedicilər Yusufu Yazla sahillərində axtardığı halda, onun Askeri Yazlık Gazino sahilində üzdüyü müşahidə edilib.

 

Göldən çıxarılan uşağı polislər atasına təslim ediblər. Oğlunun göldə boğulduğunu zənn edən ata onu qarşısında sağ görən zaman şok keçirib. O gözyaşlarının saxlaya bilməyərək kövrəlib.

 

Atanın bu halı ətrafdakı hər kəsi kövrəldib. Göz yaşlarına hakim ola bilməyən ata təcili tibbi yardım vasitəsilə Eğirdir xəstəxanasına aparılırıb. Verilən son məlumatlara əsasən, ata ilə oğlunun səhhəti qaydasındadır.(baku.vs)

 

Ətraflı videoda:

 

 


OXŞAR XƏBƏRLƏR

Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olm...

Yağış, dolu - Sabahın HAVASI

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarıma...

İsrail Tehranın mərkəzinə zərbələr endirir

İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.   Sfera.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu...

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...