"Whatsapp" hesabları TƏHLÜKƏDƏ – Ələ keçirilməsini istəmirsinizsə, bunu mütləq edin – VİDEO

Azərbaycanda bir çox "Whatsapp" mesajlaşma tətbiqindən istifadə edən şəxslərin hesabları naməlum şəxslərin əlinə keçib. Hesblar ya bağlanıb, ya da bloka düşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə bir qrup şəxs müraciət edib.

 

Onlar müraciətləri zamanı bildiriblər ki, müxtəlif zamanlarda Whatsapp hesablarına daxil ola bilməyiblər. Məsələni araşdırdıqda isə məlum olub ki, naməlum şəxslər onların hesablarını ələ keçirib.

 

Bu azmış kimi hətta onların adlarından kontaktda olan şəxslərə yazaraq təcili olaraq müəyyən məbləğdə borc istəyiblər. Qarşı tərəf isə məsələdən xəbərsiz olaraq yazan şəxsin kim olduğunu bilmir, bəzi hallarda həmin məbləği göndəriblər.

 

Mütəxəssislər bildirir ki, oxşar problemlə üzləşməmək üçün vostapdan istifadə edən istifadəçilər ikili təhlükəsizlik faktorundan istifadə etməlidir. Eyni zamanda istifadəçilər onlara naməlum şəxslər tərəfindən göndərilən linkərə daxil olmamalıdır. Belə linkləri göndərən şəxsər dərhal bloklanmalıdır.

 

Mövzu ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə sorğu göndərdik və qurumdan problemdən çıxış yollarını öyrənməyə çalışdıq. ETX-dən  bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar qurum tərəfindən araşdırma aparılır: “Vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir".

 

Qeyd edək ki, təlimatla aşağıdakı videoda tanış olmaq mümkündür.


OXŞAR XƏBƏRLƏR

Qışqıran mumiya - Misir tarixindəki ən böyük anomaliyalardan biri

Qədim Misir dəfn yerləri haqqında düşünəndə ağlımıza əzəmət və dəbdəbə gəlir: fironlar və zadəganların mumiyalanmış qalıqları ilə bəzədilmiş sarkofaqlar. Bununl...

Qoruqdan qaçan 200 keçi şəhəri iflic edib - VİDEO

Amerikanın Arlinqton şəhərində (Texas) qeyri-adi hadisə baş verib. 200-ə yaxın keçi Kristal Kanyon Təbiət Qoruğundakı mühafizədən qaçaraq kəndin küçələri ilə gə...

İsrail müvəqqəti atəşkəslə razılaşdı

İsrail Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. ...

Hacıqabul gölü ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hökumətə təqdim edilib”.   Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya k...

“Eurovision”da siyasət izi - İslandiya Fələstinli ilə təmsil oluna bilər

Fələstinli pop müğənni Bəşər Murad may ayında keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İslandiyanı təmsil edə bilər. Sfera.az bildirir ki, ...

BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - VİDEO

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qohumu im...