Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Avqustun 13-də dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçiriləcək.

 

Bu barədə Sfera.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, avqustun 13-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

 

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 

şəxsiyyəti təsdiq edən sənədin əsli;

 

“İmtahana buraxılış vərəqəsi".

 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla, ümumilikdə 2030 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 187 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.


OXŞAR XƏBƏRLƏR

Fəzail Ağamalı: "Əsas ilkin və ciddi addımlar atıldı" - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 23 fevral tarixli iclasında Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının çıxışı diqqət çəki...

"Dərmanla müalicəsi yoxdur, mütləq əməliyyat lazımdır" – Uşaqlarda yaranan bu problemlə bağlı XƏBƏRDARLIQ 

Uşaq cərrahiyyəsində tez-tez rast gəlinən hallardan biri qasıq yırtığıdır. Bu, valideynləri ən çox narahat edən problemlərdən sayılır.   ...

Sabir Rüstəmxanlı ilə Ziya Məmmədovun qohumluğu bitir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının oğlu boşanır.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ...

Güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ!

Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.a...

Amerikalı konqresmendən İNANILMAZ TƏKLİF: “BMT-ni tərk edək”

“ABŞ BMT-dən çıxmalıdır”.   Sfera.az bildirir ki, bunu Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü Mett Gaetz deyib. Konqresmen bu...

Əfsanəvi modelyer Klod Montana vəfat etdi - FOTOLAR

Məşhur fransız modelyer-dizayner Klod Montana Parisdə vəfat edib. O, “House of Montana” brendinin yaradıcısı idi.    Sfera.az bildir...