Coratda arvad ərini qətlə yetirdi, könüllü təslim oldu

Coratda arvad ərini qətlə yetirdi, könüllü təslim oldu

Sumqayıt şəhərinin Corat Qəsəbəsində arvad ərini öldürüb.

 

Sumqayıt Şəhər Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədova hadisədən sonra könüllü təslim olub.

 

İbtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR