Günvurma təhlükəsindən necə qorunmalıyıq? – Məsləhətlər

Günvurma təhlükəsindən necə qorunmalıyıq? – Məsləhətlər

Son günlər ölkə ərazisində müşahidə edilən isti hava şəraiti ilə əlaqdar fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

 

Nazirlik tərəfindən günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunub.

 

Maraqlıdır, dözülməz istilərdən necə qoruna bilərik?

 

Həddindən artıq yüksək temperatur heç bir sağlamlıq problemi olmayan bir çox insana belə mənfi təsir göstərir. Havanın temperaturu 32˚C-dən yuxarı, rütubət 60%-dən yuxarı olduqda istilik sindromları yaranmağa başlayır. “Mən gəncəm, mənə heç nə olmayacaq” demək yanlışdır. Bu məsələyə uşaqdan, yaşlıdan, gəncdən asılı olmayaraq hər kəsin diqqətli yanaşması çox vacibdir.

 

Bulanıq görmənizin səbəbi günvurma ola bilər

 

Çox yüksək hərarətli günlərdə rast gəlinən günvurma mühüm və təhlükəli sağlamlıq problemidir. Yüksək hərarət, tərləyə bilməmək, sinir sistemində pozğunluqlar, halsızlıq, başağrısı, başgicəllənmə, qusma, ürəkbulanma, nəbzin tezliyi günvurmanın ilk əlamətləri ola bilər. Daha sonra qavrayış və koordinasiya qabiliyyətinin pozulması, görmə aydınlığının pisləşməsi, şüurun itirilməsi baş verə bilər. Belə hallarda vaxt itirmədən sağlamlıq mərkəzinə müraciət etmək lazımdır.

 

İstilik xroniki yorğunluğa səbəb olur

 

İsti havalarda yataqdan qalxmaqda çətinlik, gündəlik işləri görmək istəməmək kimi hallar ola bilər. Bu dövrdə qeyri-kafi qida qəbulu, vitamin və mineral çatışmazlığı istidən xroniki yorğunluq şikayətlərini artırır. Ancaq istidən qaynaqlandığı düşünülən bu cür yorğunluq uzun müddət davam edərsə və tez-tez baş verirsə, bunun altında yatan digər sağlamlıq problemləri də nəzərə alınmalıdır. Yorğunluq əlamətlərini artıran səbəblər qalxanabənzərvəz və böyrəküstü vəzilərin fəaliyyətindəki pozğunluqlar, təzyiq xəstəlikləri, ürək xəstəlikləri, yoluxucu xəstəliklər, həddindən artıq siqaret və qan azlığıdır.

 

Xroniki yorğunluğa qarşı isti duş qəbul edin

 

İstidən yaranan xroniki yorğunluğun qarşısını almaq üçün balanslaşdırılmış qidalanma və nizamlı yuxu vacibdir. Xüsusilə isti duş, canlandırıcı təsir göstərə bilər.

 

İsti havada yaxşı yatmağın sirri pambıq yataq dəstləridir

 

İsti havada sağlam və keyfiyyətli yuxuya sahib olmaq üçün qidalanma qaydalarına diqqət yetirməli, yaxşı yuxu mühiti yaratmaq lazımdır. İlk növbədə axşam yeməyində ağır, yağlı yeməklərdən və kofeindən uzaq durmalısınız. Bunlar yuxuya getməyi çətinləşdirir və ya onun keyfiyyətini pisləşdirir. Yataq yerinin havalı olmasına, yataq dəstinin pambıq məhsullardan seçilməsinə diqqət yetirilməlidir.

 

Kondisionerlə soyumağa çalışarkən pnevmoniyaya tutulmayın

 

Kondisioner pnevmoniyanın ən mühüm səbəblərindən biridir. Buna kondisionerlərdən götürülən “Legionella” bakteriyası səbəb olur. Onlara yaxşı qulluq edilsə və aşağı parametrlərdə istifadə edilərsə, kondisionerlər sağlamlığımıza zərər verməyəcək. Ancaq kondisionerlər şüursuz istifadə edildiyi üçün hətta sağlam insanı da xəstələndirə bilər. Yuxu zamanı kondisionerləri aşağı temperaturda qoymaq düzgün deyil. İdeal olaraq, temperatur 23-24 dərəcə, nisbi rütubət isə 40-50 faiz arasında olmalıdır.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...