Bakıda kişi ondan boşanmaq istəyən arvadını gözəllik salonunda qətlə yetirdi - TƏFƏRRÜAT - VİDEO

Bakıda kişi ondan boşanmaq istəyən arvadını gözəllik salonunda qətlə yetirdi - TƏFƏRRÜAT - VİDEO

Binədəki dəhşətli cinayətin detalları məlum olub.

 

Sfera.az xəbər verir ki, 2021-ci il iyulun 24-də 3-cü Polis Bölməsindən vətəndaş Meyxoş Cəfərovun saat 10:00 radələrində Binə qəsəbəsi, Xasiyeva küçəsi, 1 ünvanında bıçaqla çoxsaylı xəsarətlər yetirərək arvadı 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanı qətlə yetirməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

İstintaqla müəyyən edilib ki, Meyxoş Cəfərov həyat yoldaşı Xatirə Fərəcovanın boşanmaq istəməsindən qəzəblənərək qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. O, 2021-ci ilin iyulun 24-də həyat yoldaşının işlədiyi gözəllik salonuna gedib, arvadına arxadan yaxınlaşaraq döş qəfəsinə, qarın boşluğuna və digər nahiyyələrə bıçaqla 13 dəfə zərbə vuraraq zərərçəkmişi qəsdən öldürüb.

 

İş üzrə dindirilmiş Meyxoş Cəfərov bildirib ki, xalası nəvəsi Xatirə Fərəcova ilə 2008-ci ildə ailə həyatı qurub. Birgə nigahdan 3 övladları dünyaya gəlib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Xatirə Fərəcovanın ölümünə ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Meyxoş Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.

 

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...