Cığatelin nəvəsi bu maşında həlak oldu - Hadisə yerindən FOTOLAR

Cığatelin nəvəsi bu maşında həlak oldu - Hadisə yerindən FOTOLAR

Xəbər verdiyimiz kimi, şairə Cığatel İsaqızıya ağır itki üz verib. 

 

Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun 10 yaşlı nəvəsi vəfat edib. Bu haqda şair Nazilə Səfərli instaqram hesabında məlumat yayıb.

 

O bildirib ki, hadisə qəza nəticəsində baş verib:

 

“Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər.  Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Ciğatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb”.

 

***

“Qafqazinfo”nun məlumatına görə,  sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

 

Belə ki,  “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.

 



  •  

OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...