CİA 15 il əvvəl dünyanı belə görmüşdü – Rusiya 2015-ci ildə...

CİA 15 il əvvəl dünyanı belə görmüşdü –  Rusiya 2015-ci ildə...

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) 2000-ci bir qrup mütəxəssisi bir araya gətirib

 

Mütəxəssislərin vəzifəsi 2015-ci ildə dünyanın hansı vəziyyətdə olacağını təxmin etmək idi.

 

Nəticədə nanotexnologiyanın yüksəlişindən enerji qiymətləri, demoqrafik dəyişiklikdən qlobal iqtisadiyyatın vəziyyətinə qədər bir çox sahələrlə bağlı gözləntilərin yer aldığı 70 səhifəlik hesabat hazırlanıb. 2015-ci il üçün 15 il əvvəl edilən təxminlər nə dərəcədə doğru idi?

 

Edilən təxminlərin bir çoxu bu gün gerçəkləşir. Məsələn, mütəxəssislər proqnozlaşdırmışdı ki, etnik və dini gərginliklər beynəlxalq anlaşılmazlıq və qarşıdurma səbəbi olmaqda davam edəcək.

 

Ancaq bir çox təxminlər boşa çıxıb. Bunların arasında hər kəsin klonlanmış mal ətindən hazırlanan burgerler yeməsi və iki Koreya dövlətinin birləşməsi var idi.

 

CİA-nın mütəxəssisləri yaşadığımız dünyanı dəyişəcək rəqəmsal və mobil texnologiyanın yüksək inkişafını doğru təxmin ediblər. Təşkilat biotexnologiyanın təsirləri mövzusunda çox optimist idi. Hesabatda orqan nəqlində süni orqanlardan istifadə edilməsinin geniş yayılacağı bildirilmişdi. Təxminlərə görə, heyvanlar klonlaşdırılaraq ətindən istifadə olunacaq, terrorçular genetik olaraq yeni və təhlükəli xəstəliklərə tutulacaqdı. Tibb texnologiyasının inkişafı sayəsində zənginlərin hər kəsdən daha çox yaşayacağı təxmin edilirdi.

 

CİA geni dəyişdirilmiş əkinçilik məhsulları mövzusunda haqlı çıxıb. Etirazlara baxmayaraq, bu məhsullar bütün dünyada məşhur olub. Dünyada soya istehsalının 82 faizi və pambığın 68 faizi geni dəyişdirilmiş toxumlardan əldə edilir.

 

CİA Rusiyanın supergüc statusunun itirilməsini həzm edə bilməyib buna reaksiya verəcəyini, supergüc statusunu geri qazanmaq üçün qaz ehtiyatlarından istifadə etməyə cəhd göstərəcəyini təxmin etmişdi. Təşkilat həmçinin Rusiyanın 2015-ci ildə zəif bir ölkəyə çevrilərək beynəlxalq diplomatiyadakı yeganə təsirinin BMT Təhlükəsizlik Şurasındakı veto hüququnun olacağını düşünmüşdü.

 

Halbuki Rusiya Qərbin qarşı çıxmasına baxmayaraq, xarici dövlətlərə müdaxilə edərək torpaq ilhaq edib. 2015-ci ildə Rusiyanın 2500 nüvə başlığına sahib olacağı təxmin edilirdi, halbuki bu gün Rusiyanın əlindəki nüvə başlıqlarının sayı 8 mindir.

 

Doğru çıxmayan digər geopolitik təxminlər arasında iki Koreya dövlətinin birləşməsi və Fələstin dövlətinin qurulması var.

 

CİA həmçinin Kuba lideri Fidel Kastronun 2015-ci ildə ölə biləcəyini təxmin edib. Hesabatda dünya əhalisinin 7 milyard olacağı, hətta Rusiya və Şərqi Avropa əhalisinin azalacağını doğru təxmin edilib. Rusiyanın indiki əhalisi 2000-ci ildəkindən azdır.

 

Təşkilatın mütəxəssisləri terror qruplaşmaları, narkotik qaçaqmalçıları və şəbəkələrin birlikdə hərəkət edəcəklərini və daha güclü terror şəbəkəsinin yaranacağını təxmin etmişdi. Hətta terror şəbəkəsinin nüvə, bioloji və kimyəvi silahları əldə edərək Qərbə qarşı istifadə edə biləcəyi deyilirdi. 

// Publika.az


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...