Xoşqədəmin adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı

Xoşqədəmin adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı

Aparıcı Xoşqədəm Hidayətqızının adından dələduzluq etməkdə təqsirli bilinərək 7 il həbs cəzası verilmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin şikayətinə baxılıb.

 

Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

 

Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, iş üzrə dəymiş ziyanın bir hissəsinin ödənilməsi yumşaldıcı hal hesab olunmalıdır. Bu əsasla A.Məmmədlinin həbs müddəti 1 il azaldılıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxs “Xəzər TV”də müxtəlif vəzifələrdə işləyib. A.Məmmədli zərərçəkmişlərə Xoşqədəm Hidayətqızının verilişinə çıxaracağı, sosial evlərdən mənzil almağa kömək etmək, həbsdən adam çıxarmaq, televiza kanallarının təsərrüfat şöbəsində işə düzəltmək kimi yalan vədlər verərək dələduzluq edib. O, bütün işlərdə Xoşqədəm Hidyətqızının ona kömək edəcəyini deyib.

 

Cinayət işi üzrə X.Hidayətqızı istintaqda ifadə verib, adından deyilənləri təkzib edib. Məlum olub ki, təqsirləndirilən şəxs mərc oyunlarında külli miqdarda pul uduzub, vəziyyətdən çıxmaq üçün bu yola əl atıb.

 

Ayxan Məmmədli ümumilikdə 11 nəfərin 480 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.(qafqazinfo)

 

 

Fotoda: Ayxan Məmmədli


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...