Rus hakerlər Türkiyəyə hücum etdi
Türkiyənin hava sahəsini pozduğu üçün vurulan "Su-24" bombardman təyyarəsindən sonra Rusiya Türkiyəyə qarşı zərbələri davam etdirir. Türkiyənin bir çox bank saytlarına kiber hücum edilib. Qlobal kompüter xakerləri qrupu Türkiyənin ən əhəmiyyətli bankları başda olmaqla bir çox (com.tr) domeni ilə DNS server sistemlərinə hücum edib.
Sfera.az SİA-ya istinadən xəbər verir ki, xaker hücümündan sonra girişi məhdudlaşdırılan saytlar sırasında "İş bankası", "Garanti", "Akbank", "Ziraat" və "Yapı Kredi" bankları da yer alıb. İnternet üzərindən bankların saytlarına daxil ola bilməyən istifadəçilər şikayətlərini sosial media ilə bildiriblər.
Rusiyalı xakerləri bir neçə gündür ki, Türkiyənin minlərlə internet saytına kiber hücum həyata keçirir. Keçən həftənin sonundan başlayan xaker hücumları Türkiyənin bir çox bank sistemində problemlər yaradıb.
Türkiyədə 31 mart 2015-ci il tarixində ölkə daxilində böyük bir elektrik kəsilməsi baş vermişdi, əvvəl səbəbləri texniki nasazlıq deyilirdisə, daha sonra enerjinin əsl səbəbi kiber hücumun nəticəsində baş verdiyi məlum olmuşdu.