Əməkdar artist estetik əməliyyatın qurbanı oldu: \"Çox peşmanam...\"

Əməkdar artist estetik əməliyyatın qurbanı oldu: \

“Üzümdə estetik prosedur etdirdim. Təəssüf ki, həkimin etdiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir iş gördü”.

 

Sfera.az-ın xəbərinə görə, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva səsləndirib.

 

O, üzünə botoks vurdurduğunu və bunun fəsad törətdiyini, hələ də o iynənin acı nəticələrinin qaldığını deyib.


“İnsan həyatı və gözəlliyi ilə oynayırsız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum”, - deyən Əməkdar artist başqa estetik əməliyyatlar etdirmədiyini iddia etsə də, dodağında dolğu olması hiss olunur.(lent.az)


OXŞAR XƏBƏRLƏR