DİN-dən böyük əməliyyat - 80 nəfər saxlanıldı - VİDEO

DİN-dən böyük əməliyyat - 80 nəfər saxlanıldı - VİDEO

Bakının Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və “tiryəkxana”lar təşkil edən şəxslərə qarşı son 1 ayda təxirəsalınmaz əməliyyatlar keçirilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 80 nəfər saxlanılıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

 

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində narkotiklərin satışını təşkil edən, əvvəllər məhkum olunmuş Azər Nurullayev də saxlanılıb. Bu şəxsin üzərindən isə satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar olunub.

 

Saxlanılanların bəziləri, eləcə də Azər Nurullayev narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

 

Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırma başlanılıb.

 

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...