Nazirlikdə daha bir dəyişiklik - Nazirdən əmr
16:58 / 26.12.2015
966
Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb.
Sfera.az xəbər verir ki, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.