Rayon sakininin müraciəti həll olundu - FOTO

Bu gün Göyçay rayonunda bütün sahələrlə yanaşı, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsi, qaldırılan məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
20 iyul 2023-cü il tarixdə rayonun Məlikkənd kənd sakini Xəlilova Elza Sədiyar qızı kəndin məktəbyaşlı uşaqların təhsil müəssisəsinə gedib-gəlməsi üçün kənddaxili yolun cari təmir olunması və yol kənarlarının kol-kos təmizlənməsi barədə rayon icra hakimiyyətinə müraciət etmişdir.
Vətəndaşın müraciətinə əsasən rayon İcra Hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən sözügedən ərazidəki yola çınqıl daşı tökülərək cari təmir edilib, ətrafı kol-kosdan təmizlənib.
Kənd sakini Elza Xəlilova görülən işlərə görə təşəkkürünü bildirib.