Kreml öz imzasına baxsın: Bakı ilə sazişində nə yazılıb?

Kreml öz imzasına baxsın: Bakı ilə sazişində nə yazılıb?

Rusiya və Azərbaycan prezidentləri 22 fevral 2022-ci ildə Moskvada “strateji müttəfiqlik” haqqında 44 maddəlik bəyanat qəbul etmişdilər. Rusiyanın hökumət saytı bəyanatı Rusiya ilə Azərbaycan arasında münasibətləri "müttəfiqlik səviyyəsinə qaldıran" sənəd kimi xarakterizə etmişdi. Bəyanatın bəndlərindən biri belədir: “Tərəflər öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

 

Sfera.az xəıbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya bu bənddə deyildiyi kimi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn fəaliyyətin qarşısını nəinki əngəlləmir, əksinə, separatçı fəaliyyətin ayaqda qalması və təxribatların davam etməsi üçün var gücüylə çalışır:

 

“Kreml həmin bəyanatı və bəyanatdakı bu vacib bəndi arxivə göndərib. Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir. Rusiya Xarici İşlər Nazirliyinin liderlərin Brüssel gönrüşündən bir gün sonra yayımladığı bəyanat Azərbaycanın Qarabağ üzərindəki yurisdiksiyasının təminatının əleyhinə yönəlib.

 

Rusiyanın Qarabağdakı hərbi kontingenti iki ildən sonra bölgəni tərk etməlidir. Azərbaycan Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq. Ancaq Rusiya Qarabağdan çıxmaq istəmir və Kreml yaxın iki il ərzində Azərbaycana təzyiqi artıracaq. Bundan çıxış yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını inkişaf etdirməkdir. Şuşada Türkiyənin konsulluq xidmətinin qısa müddətdə açılmasına ehtiyac var. Bu tək konsulluq binası olmayacaq, Türkiyənin Qarabağdakı varlığını gücləndirəcək əsas amillərdən birinə çevriləcək. Bu amilə ehtiyacımız var. Yaxın iki ildə Rusiya Azərbaycana təzyiqi və təxribatları artıracaqsa, Türkiyə ilə siyasi və hərbi ittifaqı daha üst səviyyəyə qaldırmaqdan başqa alternativimiz yoxdur”.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...