ABŞ bəzi MDB ölkələrinə sanksiya tətbiq edə bilər – Hədəfdə olan ilk ölkə budur 

ABŞ bəzi MDB ölkələrinə sanksiya tətbiq edə bilər – Hədəfdə olan ilk ölkə budur 

ABŞ Rusiya ilə ticarət əməliyyatlarını məhdudlaşdırmaq üçün Qırğızıstana təzyiq göstərməyə başlayıb. Rəsmi Vaşinqton bununla bağlı sanksiya tədbirlərini də nəzərdən keçirir. 


Sfera.az xəbər verir ki, belə bir iddia ilə “The Washington Post” nəşri çıxış edib. 


Qəzetə danışan Co Bayden administrasiyasının rəsmilərindən biri söyləyib ki, ABŞ bu həftədən etibarən Qırğızıstana qarşı tədbirlər görə bilər:

 

"Qırğızıstan Rusiya şirkətlərini ikili təyinatlı mallar, o cümlədən Çin pilotsuz təyyarələri ilə təmin edir. Ticarət sənədlərinə görə, fevral və mart aylarında Qırğızıstan şirkətləri Çin və Cənubi Koreyadan “həssas” elektronika, o cümlədən yarımkeçiricilər və gərginlik gücləndiriciləri alıb, eyni müddətdə həmin mallar Qırğızıstandan tərəfindən Rusiyaya ixrac olunub”. 


Bu ittihamlara cavab olaraq Qırğızıstanın Vaşinqtondakı səfirliyi qəzetin suallarını cavablandırıb. Diplomatik nümayəndəlik sanksiyaların pozulması hallarını etiraf edib. Lakin səfirlik real iqtisadi vəziyyəti nəzərə almalarının vacib olduğunu da vurğulayıb. 


Xatırladaq ki, Qırğızıstanla yanaşı Ermənistan və Qazaxıstan da Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. 


İki ay əvvəl “Financial Times” yazmışdı ki, Avropa İttifaqından Ermənistan, Qazaxıstan və Qırğızıstana satılan malların bəziləri Rusiya ərazisindən daşınan zaman mənzil başına çatmır. Mayda təxminən 1 milyard dollar dəyərində mal adıçəkilən ölkələr tərəfindən alınsa da onlar Rusiyada götürülüb. 


Avropa İttifaqı rəsmilərinin fikrincə, bu məhsullar potensial hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər. 


Bir müddət öncə “Wall Street Journal” da yazmışdı ki, bir sıra keçmiş Sovet respublikası Rusiyanın əldə etdiyi ABŞ və Avropa istehsalı olan kompüter çipləri, lazerlər və digər mülki və hərbi təyinatlı məhsulların əsas daşınma məntəqələrinə çevrilib. Nəşrin məlumatına görə, bu səbəbdən ABŞ və Avropa İttifaqından Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Qazaxıstana malların ixracı kəskin artıb. 2021-ci ildə 14,6 milyard dollar olan ixrac 2022-ci ildə 24,3 milyard dollara yüksəlib. 
Həmin ölkələrin ABŞ və Avropa İttifaqından idxalı kəskin artdığı kimi Rusiyaya ixracı da xeyli artıb. Bu ölkələr ötən il Rusiyaya ixracı təxminən 50% artıraraq 15 milyard dollara çatdırıb. 


ABŞ rəsmiləri hesab edir ki, MDB-nin adıçəkilən ölkələri Rusiyaya sanksiyaların təsirlərinin azaldılmasında kömək göstərirlər. Buna görə də həmin ölkələrin bəzi şirkətlərinə sanksiyalar tətbiq edilib. Konkret olaraq aprel ayında Ermənistan və Özbəkistan firmaları məhdudiyyətlərə məruz qalıb. 


ABŞ rəsmisi istisna etməyib ki, rəsmi Vaşinqton bu səbəbdən Rusiyaya qadağan olunan malları satan ölkələrə qarşı sanksiyaları genişləndirə bilər. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...