Çin vətəndaşı Bakıda həmyerlisini qətlə yetirdi - Qısqanclıq...

Çin vətəndaşı Bakıda həmyerlisini qətlə yetirdi - Qısqanclıq...

Bakıda Çin vətəndaşının öz həmyerlisi tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatı üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Yuan Tiangangın 48 yaşlı Pan Yuan Liangı qısqanclıq səbəbindən öldürməsi müəyyən edilib.

 

Bildirilib ki, Bakıya işləmək məqsədilə gəlmiş Çin Xalq Respublikasının vətəndaşları Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada yaşayıblar. 40 yaşlı Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalırmış. İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Panın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, əsəbi halda Panın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib.

 

Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Pan Yuan Liangı dindirmək mümkün olmayıb. 4 gün müddətində reanimasiyada qalan şəxs iyulun 18-də vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.

 

Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...