Yaponiyada rekord isti qeydə alındı

Dünya
20:32 / 16.07.2023
7324
Yaponiya hökuməti Bazar günü 10 milyonlarla insanı günvurma barədə xəbərdarlığı edib.
Sfera.az NHK-ya istinadla xəbər verir ki, ölkənin bəzi hissələrini rekor səviyyədə temperaturlar qeydə alınıb.
Paytaxt Tokioda temperatur 40 dərəcəyə qədər yüksəldiyindən isti dalğası həyat üçün təhlükəli səviyyəyə çatıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Tokionun şimalında yerləşən Qunma prefekturasının Kiryu şəhərində 39,7°C, Tokionun qərbindəki Haçiojidə isə 38,9°C-yə çatıb.
Yaponiyada indiyə qədər qeydə alınan ən yüksək temperatur 41,1°C olub və ilk dəfə 2018-ci ildə Saitama əyalətinin Kumaqaya şəhərində qeydə alınıb.