Xaçmazda 33 yaşlı kişi intihar ETDİ

Kriminal
13:44 / 16.07.2023
4396
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Sfera.az report-a istinadən xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Elvin Tofiq oğlu Məmmədov özünü yaşadığı fərdi yaşayış evinin həyətində meyvə ağacından asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
E.Məmmədov FHN-in əməkdaşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.