Mikayıl Cabbarov: “Son 4 ildə əmək müqavilələrinin sayı 363 min artıb”

İqtisadiyyat
17:11 / 14.07.2023
10715
2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362,9 min, o cümlədən qeyri-neft-qaz sektorunun özəl bölməsində 330 minə yaxın artıb.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
“Bu artım əmək bazarının “ağardılması” istiqamətində həyata keçirilən səmərəli islahatların uğurlu nəticəsidir”, - deyə o qeyd edib.