"Yol polisi qaydanı pozan sürücünün “dayı”ya zənginə artıq əhəmiyyət vermir"

"Yol polisi qaydanı pozan sürücünün “dayı”ya zənginə artıq əhəmiyyət vermir"
Bakıda şəxsi avtomobildən istifadə edən kifayət qədər sürücü var. Sükan arxasında əyləşən hər kəs bir qayda olaraq “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyə borcludur. Amma müxtəlif səbəblərdən qayda pozduğuna görə cərimələnənlər də kifayət qədərdir. Qaydanı pozsa da, protokol yazılmasına əngəl olmaq istəyənlərin məşhur variantı isə telefona sarılıb “qohuma, dosta, tanışa zəng” etməkdir. Onlar kiməsə etməklə kifayətlənməyərək telefonu yol polisi əməkdaşına ötürür və güvəndiyi “dostu” ilə danışmağa vadar edir. Yol polisi isə bir çox hallarda sürücünün “yuxarıdakı” tanışı ilə danışmaqdan imtina riskinə getmir... Beləcə, day güvənc yeri olan sürücü cəza almaqdan canını qurtarır...
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məsələ ilə bağlı modern.az saytına açıqlamasında bu cür faktların keçmişdə qaldığını deyib: “Bu gün kimliyindən asılı olmayaraq, xəta törədən hər kəs məsuliyyətə cəlb edilir. Ola bilər ki, siz müşahidələriniz zamanı belə halla rastlaşmısınız. Nəzərinizə çatdırım ki, qanun xəta törətdiyi halda belə, sürücünün zəng vurmaq hüququnu məhdudlaşdırmır.
Yol polisi əməkdaşı qanunvericilikdə tələb edildiyi qaydada öz işini görür, sürücü də qayda pozubsa belə, qohum-əqrəbasına, tanışına zəng vurursa, özü bilər”.
Vaqif Əsədov telefonun yol polisinə uzadılmasını onun işinə müdaxilə kimi dəyərləndirib: “Bakı şəhəri ərazisində quraşdırılan kameralar vasitəsilə həm asayişin qorunmasına, həm də polis əməkdaşlarının fəaliyyətinə nəzarət olunur. İzləndiyini bilən polis əməkdaşı isə qayda pozuntusuna yol verməz.
Bundan başqa, gün ərzində sürücülər tərəfindən polis əməkdaşlarına qarşı hər hansı aqressivlik nümayiş etdiriləndə dərhal reaksiya veririk. Heç də təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində hadisələrin sayı 110-a qədər azalıb, 85-dən artıq ölüm faktı aşağı düşüb, xəsarət dərəcələri yüngülləşib. Bunların hamısı kompleks tədbirlərin nəticəsidir”.

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...