Azərbaycanda internet tarifləri artacaq

Azərbaycanda internet tarifləri artacaq
“Delta-Telecom" şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb". Bunu "Report"un sorğusuna cavab olaraq “Delta-Telecom"dan bildiriblər. 
Azərbaycanın ən iri internet provayderlərindən biri olan şirkət əlavə edib ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır: "Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlərə üçün cərimə faizi tətbiq ediləcək".
Daha sonra internet provayderi əlavə edib ki, “Delta-Telecom” internetin əsas hissəsini Avropanın "Tier1" operatorlarından ("TeliaSonera", "GlobeInternet", "Level 3", "GlobalCrossing", "Tinet" provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün "Delta-Telecom" tərəfindən ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir. 
"Report"un analitik qrupu qeyd edir ki, sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...