DİN və DSX-dən birgə əməliyyat: 58 kq narkotik götürüldü - FOTO

DİN və DSX-dən birgə əməliyyat: 58 kq narkotik götürüldü - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

 

Bu şəxslərdən ümumilikdə 58 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş, qurudulmuş marixuana və 1030 ədəd narkotik tərkibli metadon həbi aşkar edilib.

 

Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov onlardan aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı “Seyid” adı şəxsin vasitəsilə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən İmişli rayonu Qaragüvəndikli kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

“Qeyd edək ki, son 3 ay ərzində Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərilməsinin qarşısının alınması məqsədi ilə birgə keçirilən əməliyyatlar zamanı 500 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”, - məlumatda qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...

DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Az...

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radoms...

Cavan dəriyə sahib olmağın SİRRİ

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlərdən daha az qorunur. Dərinin xarici təbəqəsi olan epidermis yaş artdıqca xüsusilə incələşi...