Bankomatlarda dollar qıtlığı…

Bankomatlarda dollar qıtlığı…

Son devalvasiyadan sonra bankomatlardan dollar nağdlaşdırmaq çətinləşib.


"Qafqazinfo" xəbər verir ki, Azadlıq Radiosu ilə əlaqə saxlayan Bakı sakinləri bankomatlardan dollar nağdlaşdıra bilmədiklərini deyirlər. Özəl səbəblərdən adının açıqlanmasını istəməyən sakin deyir ki, bu sabah – dekabrın 25-də «Bank Standard»a məxsus bankomatlardan dollar çıxara bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən vətəndaşa belə deyiblər: «Hazırda bankomatlara dollar doldurulmur. Müəyyən məhdudiyyətlər var».

Bankdan onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsini götürüb pulunu filiallardan əldə edə bilər.

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, banklar devalvasiyanın 3-cü dalğasından və müştərilərin ödəniş qabiliyyətsizliyindən qorxur: “Qeyri-müəyyənlik çoxdur. Əsas səbəb də elə odur”.

Ekspert belə davranmaqla bankların qanunvericiliyi pozmadığını söyləyir: “Onların yalnız manatla əməliyyat aparmaq vəzifəsi var. Hər hansı xarici valyutadan istifadə edib-etməmək öz işləridir”.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, valyuta riskini düzgün yönəltmədiklərindən əksər bankların valyuta mövqeyi pozulub: “Devalvasiyadan sonra zərərə düşüblər. Ona görə də, valyuta əməliyyatlarını məhdudlaşdırıblar”.

Ekspert özəlliklə manatın üzən məzənnəyə keçməsindən bəri onun sabitliyinə inamın azaldığını bildirir: “Gözlənti - dəyərsizləşmənin davam etməsidir. Güclü dollar alışı var. Bu səbəbdən banklar ehtiyatlı davranır”.


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...