Efirdə QALMAQAL: "Cavanşir Məmmədov 100 AZN təklif etdi ki..." - VİDEO

Maqazin
14:14 / 08.07.2023
8112
"Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb.
Sfera.az xəbər verir ki, studiyadakı tamaşaçılardan Əməkdar artist Cavanşir Məmmədov haqqında xoşagəlməz iddia irəli sürüb.
Belə ki qadın sənətçinin kürəkəni ilə aralarında yaşanan hadisələrdə tamaşaçılardan tərəfini tutmasını istədiyini bildirib.
Cavanşir Məmmədov bunu etdikləri təqdirdə onlara 100 AZN verəcəyi bildirilib.
Proqram zamanı bu ağır ittihamı eşidən Məmmədov studiyadakı tamaşaçılara yaxınlaşaraq hər birindən belə bir xahiş edib-etmədiyini soruşub.
Bu zaman iddia irəli sürən qadınla sənətçi arasındakı gərginlik daha da artıb.