Bu ərzaqları soyuducudan uzaq saxlayın!

Bu ərzaqları soyuducudan uzaq saxlayın!

Məsələn çörəyi soyuducuda, dondurucuda, yoxsa çörək qutusunda saxlamalıyıq? Pomidoru şkafa, yoxsa mətbəx şkafına qoymalıyıq?


Bunlardan ən çox müzakirə olunanı şübhəsiz kərə yağı oldu. İnsanlar kərə yağını necə və nə qədər müddət şkafın xaricində tuta biləcəklərini müzakirə etdi.
Soyuducuya qoyulan yağı çörəyin üzərinə çəkmək çətindir. Nə etməliyik?
Araşdırmalar kərə yağını paketindən çıxarmadan soyuducuda saxlamağımız lazım olduğunu və istifadədən  10, 15 dəqiqə əvvəl çıxarmamızı söyləyirlər.
Çünki kərə yağı Pasterizə süddən edilir və uzun müddət çöldə qalanda xarab olmaq ehtimalı artır.
Duzlu kərə yağının xarab olma müddəti daha aşağıdır çünki duz, xarab olmaq ehtimalını azaldıb bakteriyaları uzaq tutur. Xülasə, kərəyağını bütün həftə boyunca çöldə tutmaq təklif edilmir amma bir neçə saat çöldə qalmasında da problem yoxdur.

 


Bəzi ərzaqlarsa tamamilə soyuducunun xaricində tutulmalıdır. Bu da soyuducuda saxlamamığımız lazım olan 10 yemək 

Pomidor, soyuducuda bütün dadını itirər. Bundan daha böyük cinayət ola bilərmi?
Şkafdakı soyuq hava yetkinləşmə mərhələsini dayandırır yetkinləşmə isə pomidora dadın verir. Pamidorlarınızı şkafın xaricində bir səbətdə və ya kasada saxlamalısınız.

 


Reyhanı, soyuducuya qoyduğumuz halda sürətlə solar, həmçinin ətrafındakı bütün yeməklər qoxusunu çəkər.

 


Kartofu soyuducunun soyuğunda saxlamaq nişastasının şəkərə çevrilməsinə səbəb olur. Belədə kartof şirinvə pütürlü olur. Kartofları şkafa qoymaq yerinə kağız bir torbaya qoyub sərin bir yerdə saxlamalısınız.
Əgər soğanı soyuducuya qoysaq onlar nəm, yumşaq və kifli hala gələcək. Soğanlarınızı sərin və quru bir yerdə saxlamalısınız. Yaşıl soğan və Frenk soğanı içində daha çox su saxladığı üçün soyuducuda saxlanmasında problem yoxdur.

Əgər avakadolarınızın yetişməsini istəyirsinizsə onları soyuducudan uzaq tutun! Amma çoxdan yetişmiş bir avakado almısınızsa onu dərhal yemeyecekseniz soyuducuya qoya bilərsiniz.
Soyuducuda saxlanan sarımsaq, sonunda cücərməyə başlayacaq, plastiksiləşib kiflənəcəktir. Sarımsağı da sərin və quru bir yerdə saxlamalısınız.

 


Soyuducu çörəklərinizi tez qurudur. Əgər dilimlənmiş buterbrod çörəyi deyilsə çörəyi çörək qutusunda və ya dondurucuda saxlamalısınız. 4 gün içərisində istehlak miqdarda çörəyi saxlamalı və qalanını dondurucuya qoymalısınız.
Zeytun yağı da quru və sərin bir yerdə saxlanmalıdır amma soyuducudan uzaq tutmalısınız. Soyuducuda zeytun yağı sıxlaşaraq qatı yağ olacaqdır.

 


Əgər soyuducuda qəhvə varsa, bütün dadını itirir və şkafdakı digər qoxuları da içinə çəkir. Qəhvəni sərin, quru və qaranlıq bir yerdə saxlamalısınız belədə təzəliyini və aromasını qoruyacaq.
Balı soyuducuda saxlamağa heç ehtiyac yoxdur, ağzını möhkəmcə bağladığınız halda sonsuza qədər çöldə saxlaya bilərsiniz. Balı soyuducuya qoymaq kristal olmasına və şəkərlənməsinə səbəb olur.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR