Mədəni xarab edən 8 vərdiş

Mədəni xarab edən 8 vərdiş

Çox təəssüf ki, bir çoxlarımızın elə vərdişləri vardır ki, bədənimizə ziyan vurur. Mədə də bu ziyanlardan amanda deyildir. Bu pis adətlərin sayəsində mədə turşuluğunun səviyyəsi qalxar və mədə yaralarına və hətta mədə xərçənginə qədər gedib çıxa bilər.

Sfera.az deyerler.org-a istinadən bildirir ki, əgər bu adətləri tanıyıb onlardan əl çəksək, bu problemlərin qarşısını ala bilərik.
1. Qəhvəni həddən artıq çox içmək. Qəhvənin tərkibində olan kofein qan turşuluğunun səviyyəsini qaldırar. Bundan başqa kofein təhrikedici olduğu üçün insanda stressi artırar. Yəqin ki, bir çoxları yaxşı bilir ki, stress mədənin düşmənidir. Ona görə də tərkibində kofein olan içkilərdən istifadə zamanı həddi aşmaq olmaz.
 
2. Şokoladı və kolbasanı çox yemək. Bu gün bütün həkimlər bunu etiraf edə bilir ki, kolbasa və sosiska qırmızı ətdən hazırlansa da, bədənə çox sayda ziyanlar vurur. Bu yeyəcəklər mədə iltihablarına yol açır və həzm sistemini çətinləşdirir. Həmçinin qara şokolad da əgər həddən artıq istifadə edilərsə, mədəyə ziyan vurar. Çünki mədə turşuluğunun səviyyəsini qaldırar.
 
3. Kababı çox yemək. Əgər əti kabab və ya hisə verilmiş halda çox yesəniz, maillard reaksiyası baş verəcəkdir. Maillard reaksiyası ətin qəhvəyi rəngə çevrilməsidir. Bu reaksiya nəticəsində xərçəng riski yüksələcək və mədə iltihabları meydana gələcəkdir. Ona görə də yaxşı olar ki, ət yeməklərini mülayim ocaqda və aşağı hərarətlə bişirəsiniz.
 
4. Süd məhsullarında ifrat etmək. Gün ərzində ikidən çox süd məhsullarından istifadə etmək və gluten maddəsini (müasir çörəklərin tərkibində olur) çox qəbul etmək hüceyrələrin normal quruluşunun dəyişməsinə səbəb olur. Nəticədə mədə turşusu artır və mədə üçün ağrılar baş qaldırır.
 
5. Pis yatmaq. Əgər az yatırsınızsa və ya pis yatırsınızsa, bu, əsəb sisteminizə mənfi təsirlər göstərəcəkdir. Nəticədə stress yaranacaq və mədənizə təsir edəcəkdir. O kəslərin ki, burnu tutulub və bu cür yatırlar, bu da mədəyə ziyan vuran amillərdəndir. Belə ki, pis tənəffüs etmək mədə turşuluğunun artması üçün zəminələr hazırlayar.
 
6. O şey ki, ağızı yandırar, mədəni də yandırar. O maddələr ki, ağızı yandırır, mədə ilə də bu işi görürlər. Ona görə də acı istiot yeməkdən çəkinin. Əvəzində çox da tünd olmayan ədviyyatlardan istifadə edə bilərsiniz. O cümlədən: sarıkök, darçın, mixək, zəncəfil.
 
7. Çox yemək. Yeməyi hər nə qədər çox çeynəsəniz, çox yeməkdən uzaq olarsınız. Həm də yeməyin yaxşı həzm olmasına yardım edər. Yeməyi çox çeynəyən zaman mədə şirəsi daha çox ifraz olunar ki, bu da yeməyin daha rahat həzm olmasına yardım edər. Ona görə də əgər çox yeməkdən uzaq olmaq istəyirsinizsə, çeynəməyi öynənin.
 
8. Siqaret çəkmək. Siqaret - kimyəvi tərkibi ilə mədəyə ən çox ziyan vuran amillərdəndir. Mədə turşuluğunu artırar, xərçəng riskini çoxaldar. Ona görə də ağciyərinizin və mədənizin sağlam olmasını istəyirsinizsə, siqareti tərgidin.


OXŞAR XƏBƏRLƏR

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.  ...

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşır...

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşdü

Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.   Sfera.az xəbər verir...

Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf etdi

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.   Sfera.az xəbər ver...

Bu məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda məktəb direktoru işdən çıxarılıb. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki...

Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Supermodel, iş qadını və realiti-şou ulduzu Kendall Cenner imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, o, şəkillərini İnstaqramda payl...