Naxçıvanda 17 yaşlı qız ÖLDÜRÜLDÜ

Naxçıvanda 17 yaşlı qız ÖLDÜRÜLDÜ

İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Sfera.az-a verilən xəbərə görə, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Nəticəsi barədə əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR