Mərkəzi Bankdan banklara dollarla krediti olanlarla bağlı TÖVSİYƏ

Mərkəzi Bankdan banklara dollarla krediti olanlarla bağlı TÖVSİYƏ
Bu müştərilərə yardım göstərilməlidir
Mərkəzi Bankda (MB) bank sektorunun nümayəndələri ilə keçirilən iclas başa çatıb.

Kommersiya banklarından birinin rəhbərinin APA-Economics-ə verdiyi məlumata görə, Mərkəzi Bankı iclasda MB-in baş direktoru Rəşad Orucov təmsil edib.
 
Banklar isə görüşdə İdarə Heyətlərinin sədrləri səviyyəsində təmsil olunub.
 
Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.
 
Bildirilib ki, banklar dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərməlidir. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək.
 
R. Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.
 
MB rəsmisi qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir.
 
Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır.
 
Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...