Erməni hərbçilərini daşıyan avtomobilə atəş açılıb? - MN

Erməni hərbçilərini daşıyan avtomobilə atəş açılıb? - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Müdafiə Nazirliyi qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.


OXŞAR XƏBƏRLƏR