Ölkəmizdə avtomobillərin sayı 1,6 milyonu ötdü

Ölkəmizdə avtomobillərin sayı 1,6 milyonu ötdü

2023-cü ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 1 milyon 645 min 253 ədəd avtomobil var. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, avtomobillərin sayı bir ildə 78 510 ədəd artıb. 2021-ci ildə ölkəmizdə 1,567 milyona yaxın avtomobil var idi. 


Avtomobillərin çox hissəsini minik maşınları təşkil edir. 2022-ci ildə 1,419 milyon ədəddən çox minik avtomobili olub ki, onun da 1,348 milyonu şəxsi minik maşınıdır. 
Son bir ildə minik avtomobillərinin sayı 70 563 ədəd artıb.


Avtomobil növləri arasında say baxımından ikinci sırada yük maşınları dayanır. Yük maşınlarının sayı bir ildə 7 426 ədəd artaraq 168 705 ədədə yüksəlib. 


Avtobusların sayı 31 212 ədədə (397 ədəd artım), xüsusi təyinatlı avtomobillərin sayı 13 097 ədədə (864 ədəd artım) çatıb. Digər növ avtomobillərin sayı isə 740 ədəd azalaraq 12 369 ədəd olub. 


Son məlumata əsasən, Azərbaycanda hər 1000 nəfərə 141 mink avtomobili, hər 100 ailəyə 58 şəxsi minik avtomobili düşüb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...