Azərbaycanda yaşayış evlərinin 77 faizi şəhərlərdə inşa edilir – RƏQƏMLƏR

Azərbaycanda yaşayış evlərinin 77 faizi şəhərlərdə inşa edilir – RƏQƏMLƏR

Azərbaycanda yaşayış evlərinin böyük hissəsi şəhərlərdə inşa olunur. Rəsmi rəqəmlər göstərir ki, 1990-cı illərlə müqayisədə kənd yerlərində yaşayış evlərinin tikintisində nəzərəçarpacaq azalma var. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 1990-cı illərin əvvəlində kənd yerlərində 1,2-1,6 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verildiyi halda 2022-ci ildə kənd yerlərində tikilən evlərin ümumi sahəsi 604 min kvadrat metr olub. 


2021-ci ilə nisbətən kənd yerlərində istifadəyə verilən yaşayış evlərinin sahəsi 82 min kvadrat metr artsa da 1990-cı illərin əvvəli ilə müqayisədə xeyli azdır. 


1990-cı illərin əvvəlində ən çox yaşayış sahəsi kənd yerlərində inşa olunurdu. Hətta 1996-cı ildə yaşayış evlərinin tikintisində kəndlərin payı 63 faizə çatmışdı. Amma bu göstərici 2022-ci ildə 23 faiz təşkil edib. 


Rəsmi statistikaya əsasən, 1990-cu illərdə Azərbaycanda əhalinin 53 faizi şəhərlərdə, 47 faizi kəndlərdə qeydiyyatda olub. Bu nisbət 2022-ci ildə də dəyişməyib. Nisbətin olduğu kimi qalmasına baxmayaraq, 2022-ci ildə şəhər yerlərində yaşayış evlərinin tikintisinin kənd yerlərindən kəskin fərqlənməsi ondan xəbər verir ki, əhalinin faktiki olaraq 60-70 faizi şəhərlərdə yaşayır, həmçinin şəhər yerlərində əhalinin gəlir səviyyəsi daha yüksəkdir. 


Urbanizasiyalaşma nəticəsində ötən il şəhərlərdə təxminən 2 milyon kvadrat metr, yəni kəndlərlə müqayisədə 3 dəfədən çox yaşayış evləri tikilib. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə əhalinin şəhər yerlərində məskunlaşmasının genişlənməsi davam edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...