“Starex”in yeni sahibi Türkiyənin karqo şirkəti oldu

“Starex”in yeni sahibi Türkiyənin karqo şirkəti oldu

Türkiyənin “Aras Kargo” şirkəti Azərbaycanda “Starex” brendi ilə yükdaşıma xidməti göstərən “Star Express”in səhmlərinin 75 faizini alıb.


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət yeni investisiya ilə “Aras Global” adı ilə yükdaşıma xidmətləri göstərməyə başlayıb. 


“Aras Kargo”nun baş direktoru Utku Ayyarkının sözlərinə görə “Star Express”i almaqda məqsəd Orta Asiya bazarına çıxış əldə etməkdir:

 

““Aras Global”ın ilk sərmayəsi olan “Starex “markası ilə təkcə beynəlxalq arenadakı rolumuzu artırmırıq, həm də Türkiyədən şirkət və sahibkarları Orta Asiya bazarına gətiririk. Sonra bu beynəlxalq sərmayəni bu ilin sonuna qədər davam etdirəcəyik. Başqa bir türk respublikasında öz brendimizlə fəaliyyətə başlamağı planlaşdırırıq. Bu investisiyalarla Yaxın Şərqə çatma yolunda mühüm bir addım atmış olacağıq”. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR