Əmlakını sığortalamayanların nəzərinə - VİDEO

Əmlakını sığortalamayanların nəzərinə -  VİDEO
Azərbaycanda əmlakın icbari sığortasının olmamasına görə cərimələr artırılır. Fiziki şəxslər üçün 3 dəfə. Sığorta ekspertləri hesab edirlər ki, cərimələrin artırılması evlərini icbari qaydada sığortalayanların sayını da artıracaq.

Əmlakın icbari sığortasının olmamasına görə yeni cərimələr gələn ildən tədbiq olunacaq. Bu, İnzibai Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə  nəzərdə tutulur.

Yeniliyə əsasən,  daşınmaz əmlakın icbari sığortası üzrə fiziki şəxslər üçün cərimələr 10 manatdan 30 manata qaldırılır , vəzifəli şəxslər üçün bu rəqəm 60-80 manatın əvəzinə 80 , hüquqi şəxslər üçün isə 150-200 manat əvəzinə 200 manat  təşkil edəcək.

Ekspert Mustafa Abbasbəylinin fikrincə, əmlakın icbari sığortasının məbləği və ödənişi  kifayət qədər əlverişlidir.  

Ölkə ərazisində 1 milyondan çox daşınmaz əmlak var ki, onun da yalnız 5 %-i icbari qaydada sığortalanıb. Halbuki, Avropa ölkələrində bu rəqəm 70 faizdir.

Mustafa Abbasbəylinin fikrincə bu, cərimə mexanizminin  olmaması ilə əlaqədardır. Lakin gələn il yeni qaydaların tətbiqi ilə  bu  sayın artması gözlənilir.
xezerxeber.com

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...