Bu zavodun rəisi cərimələndi - FOTOLAR

Bu zavodun rəisi cərimələndi - FOTOLAR

“Havanı kim çirkləndirir?” aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.

 

Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

 

Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub  və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.

 



OXŞAR XƏBƏRLƏR