“İnsanlar 100 manatlıq dərmanı 300 manata alırlar” – Fazil Mustafa

“İnsanlar 100 manatlıq dərmanı 300 manata alırlar” – Fazil Mustafa

"Büdcədə müəyyən xərclərin azaldılmasına ehtiyac var".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Fazil Mustafa “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin müzakirəsi zamanı deyib. Millət vəkili dərman qiymətlərinin baha olmasına da də toxunub:

 

"Qida təhlükəsizliyi, su ehtiyatları ilə bağlı ciddi problemlər var. Bu vəsaitlərin haradan tapılmasını müzakirə etməyə ehtiyac var. Bunun üçün düşünürəm ki, büdcədə kifayət qədər vəsait var. Dünən qəbuluma gələn 45 illik pedoqoji təcrübəsi olan müəllim 78 manat illik bələdiyyə vergisini ödəyə bilmədiyindən gileyləndi. Dedi ki, onun dərman xərci 300 manatın üzərindədir. O, 78 manatı ödəmək iqtidarında deyilsə, bunun səbəblərini tapmalıyıq. Dərman qiymətlərinin bahalaşmasının qarşısı alınmır. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...