Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir

Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz müştərilərinə üşaqlar üçün atb Junior adlı yeni debit kartı təklif edir.

 

Bankın bu yeni məhsulu 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

 

Yeni kart məhsulunun yeniyetmələrin maraq dairəsində olan yerlərdə ödənişlər üzrə daha yüksək cashback verilməsi, eləcə də kartın balansını atb.az saytında, atb360 mobil tətbiqi, Bankın terminalları vasitəsilə və ya filiallarda 0% komissiya ilə artırmaq kimi üstünlükləri vardır.

 

Həmçinin 200 manatadək vəsaitin E-manat, MilliÖn terminalları vasitəsilə karta komissiyasız mədaxili mümkündür.

 

Bundan başqa, bu kartla istənilən bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.


OXŞAR XƏBƏRLƏR