Bakı Metropoliteni uşaqlar üçün əyləncə proqramı təşkil etdi - FOTOLAR

Cəmiyyət
13:05 / 01.06.2023
2371
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Metropoliteni uşaqlar üçün əyləncə proqramı təşkil edib.
Sfera.az xəbər verir ki, proqram metronun "İçərişəhər" stansiyasında reallaşdırılıb.
Tədbirdə əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadə “Bakı uşaqlar üçün” adlı kitabını imzalayaraq kiçik oxucularına təqdim edib.
Əyləncə tədbirində müxtəlif tamaşa personajlarının, janqlyorların çıxışı balacaların böyük marağına səbəb olub. Bayram münasibətilə azyaşlılara hədiyyələr paylanılıb, metroda xoş əhval-ruhiyyə təmin edilib. Hər ilin bu tarixində olduğu kimi bu il də Bakı metrosunda stansiyaların adlarını balacalar səsləndirir.
Əzizə
Fotolar:Anar Bayramlı